DÜZ DAM SİSTEMLƏRİ
Yastı (Hamar) dam örtüyü – damın tikintisi üçün ən ucuz və sərfəli variantdır. Bu dam sistemi yaşayış və sənaye tikililərinin inşaatında geniş istifadə olunur. Adını çəkdiyimiz dam sistemi təyinatından asılı olaraq səthi istismar edilən və istismar edilməyən ola bilər.
İSTİSMAR OLUNMAYAN DAM ÖRTÜYÜ
Bu, adətən qaraj, anbar, hamam və ya köşk kimi çox da böyük sahəyə malik olmayan tikililərdə tətbiq olunur. Üzərinə insanların çıxması nəzərdə tutulmadığına görə, üzərinin sərtliyi xüsusi bir əhəmiyyət daşımır.
Yastı dam örtüyü davamlı və istifadəsi uzunömürlüdür. Bu dam sisteminə çəkilən xərclər çox aşağı və sərfəlidir.
İSTİSMAR OLUNAN DAM ÖRTÜYÜ
Bu növ dam örtükləri, üzərində insanların gəzə bilməsini təmin etmək məqsədilə qurulur. Bu növ dam sistemində örtüyün hidroizolyasiya və havalandırma sisteminin təmir edilməsi və ya baxışdan keçirilməsi çox asandır.
İstismar üçün nəzərdə tutulan dam möhkəm və təsirli təzyiqə davamlı olmalıdır. Belə dam örtüyü yaşayış, ofis və digər məqsədlər üçün nəzərdə tutulmuş binalarda quraşdırıla bilər.

Düz dam sistemi strukturu
5. Döşənmə;
7. Plitə (metlax,ceramika və s.).

Düz dam sistemi strukturu
3. İstilik izolyasiyası;
5. Beton qatqısı;
6. Hidroizolyasiya;
7. Qumlu hidroizolyasiyası.